Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Terrorla mübarizədə xüsusi post yaradılacaq

Terrorla mübarizədə xüsusi post yaradılacaq

Tarix: 11 Iyul 2023 00:16

NATO-da terrorla mübarizə üzrə xüsusi koordinator postu yaradılacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə Türkiyə Prezidenti və İsveçin Baş naziri ilə üçtərəfli görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

İsveçin Türkiyə ilə terrorla mübarizə sahəsində əməkdaşlığı üzvlük prosesindən sonra da davam edəcək.

"Türkiyə və İsveç bu gün yeni ikitərəfli təhülkəsizlik müqaviləsi imzalamaq haqqında razılığa gəldilər. NATO da bu sahədə əhəmiyyətli addımlar atacaq. Bildirmək istəyirəm ki, ilk dəfə olaraq NATO-da terrorla mübarizə üzrə xüsusi kordinator postu yardılacaq. İsveçin üzvlüyü bu çətin zamanda bütün Alyansın təhülkəsizliyinə töhvə verəcək", - deyə Stoltenberq bildirib.

Milli.Az


Etiketlər:  Terrorla mübarizədə xüsusi post yaradılacaq


RƏYLƏR