Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2023 15:04
Azərbaycanda Bank Ombudsmanına müraciətlərin sayı azalıb. Buna baxmayaraq, bu il mayın 1-nə ölkədə 591, 8 milyon manat problemli kredit olub.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda "Bank mübahisələrinin uğurlu həlli yolları" mövzusunda keçirilən elmi - praktik konfransda deyib.
O qeyd edib ki, problemin aktuallığını nəzərə alıb maliyyə mübahisələrinin sivil həlli yolları tapılmalıdır.
Konfransda çıxış edən deputat Vüqar Bayramov isə bildirib ki, regionlarda kreditlər əlçatan deyil.
Onun sözlərinə görə, kommersiya banklarının verdikləri kreditlərin 76 %-i Bakının payına düşür.
Vüqar Bayramov qeyd edib ki, bu ilin 5 ayında ölkədə 9 milyard manatdan çox istehlak və ipoteka kreditləri verilib.
Millət vəkili Razi Nurullayev isə bank faizlərinin yüksək olmasına diqqət çəkib.
Millət vəkili Mahir Abbaszadə istehlak kreditlərinin faiz dərəcələri ilə bağlı vətəndaş müraciətlərinin say çoxluğundan danışıb.
Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev qeyd edib ki, ölkədə həm əhalinin, həm də biznesin kreditləşdirilməsi üzrə böyük potensial var. "İpoteka kreditləşməsinin bütün vətəndaşlar üçün əlçatan olduğunu demək olar", - deyə o bildirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.