Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Telefon alarkən aldanmamaq üçün İMEİ kodu BELƏ YOXLAYIN... - VİDEO

Telefon alarkən aldanmamaq üçün İMEİ kodu BELƏ YOXLAYIN... - VİDEO

Tarix: 12 Iyul 2023 14:40

10 mindən çox IMEI ilə yarım milyondan çox şəbəkəyə qoşulma cəhdi olub

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan  AzİnTelecom MMC-nin şöbə müdiri İlkin Əhmədli açıqlayıb.

İlkin Əhmədli  bildirib ki, aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar.

Qeyd edək ki, İMEİ nömrə mobil cihazlar üçün , tək və bənzərsiz olaraq , təsis edilmiş beynəlxalq  identikifikasiyanı, eyniləşdirməni  təyin edən unikal nömrədir.

İMEI  nömrələr  Beynəlxalq GSM Assosiasiyası tərəfindən yalnız mobil cihaz istehsalçısı olan şirkətlərə verilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Telefon alarkən aldanmamaq üçün İMEİ kodu BELƏ YOXLAYIN VİDEO


RƏYLƏR