Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirilib (FOTO)

Özünüməşğulluq  proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirilib (FOTO)

Tarix: 25 Oktyabr 2019 20:12

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birgə həmin rayonda özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış ailə təsərrüfatlarına baxış keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, S.Babayev yeni təsərrüfatların sahibləri ilə görüşündə Prezident İlham Əliyevin tapşırığına əsasən, özünüməşğulluq proqramının genişləndirildiyini və bu proqramın icrasında həssas qruplardan olanların iştirakına üstünlük verildiyini deyib. Nazir bildirib ki, əsas məqsəd aztəminatlı ailələrin bu və ya digər iqtisadi fəaliyyət növündə kiçik ailə bizneslərini qurmalarına, rifah halını yaxşılaşdırmalarına şərait yaradılmasıdır.

Tərtər rayonunda ötən il 108 nəfər, bu ilin ötən dövründə isə artıq 150 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Onlardan artıq 80 nəfərinə aktivlər verilib. Cari ildə proqrama cəlb edilənlərin 50 nəfərini əlilliyi olan şəxslər, 9 nəfərini şəhid ailələrinin üzvləri, 20 nəfərini köçkünlər, müharibə veteranları, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlər və b. təşkil edir. Ümumilikdə isə proqram iştirakçıları aztəminatlı, habelə əsasən çoxuşaqlı ailələrin üzvləridir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Özünüməşğulluq  proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirilib (FOTO) Özünüməşğulluq  proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirilib (FOTO) Özünüməşğulluq  proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirilib (FOTO) Özünüməşğulluq  proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirilib (FOTO) Özünüməşğulluq  proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirilib (FOTO) Özünüməşğulluq  proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirilib (FOTO) Özünüməşğulluq  proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirilib (FOTO) Özünüməşğulluq  proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirilib (FOTO) Özünüməşğulluq  proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirilib (FOTO) Özünüməşğulluq  proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirilib (FOTO)


Etiketlər:  Özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ