Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 20:24
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 9-cu turunda "Leççe" ilə oyunu buraxacaq.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin klubunun baş məşqçisi Maurisio Sarri portuqaliyalı hücumçuya istirahət vermək qərarına gəlib. Bu səbəbdən o, sözügedən matç üçün heyətə daxil edilməyib.
Qeyd edək ki, "Leççe" - "Yuventus" görüşü sabah keçiriləcək.