Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2023 13:36
Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz artıraraq 104,9 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.
İyun ayında Türkiyə BƏƏ-yə elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 18,4 faiz artıraraq 19,8 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 7,9 milyard dollara bərabər olub.