Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2025 22:46
Messinin mühafizəçisi matçlardan uzaqlaşdırılıb.
Sonxeber.net xəbər verir ki, Lionel Messinin şəxsi mühafizəçisi Yassine Cheuko Liqa Kuboku və MLS matçlarından kənarlaşdırılıb.
Buna səbəb "İnter Mayami" - "Meksika Atlas" matçının sonunda futbolçular arasında baş verən qalmaqaldır. Mübahisə zamanı Lionel Messinin şəxsi mühafizəçisi Yassine Çeuko araya girərək Meksika klubunun iki futbolçusunu itələyib.
"İnter Mayami" matçdan sonra cangüdənin bu davranışına görə cərimələnib.
Nəticədə, Çeuko ABŞ Peşəkar Futbol Liqasının (MLS) matçlarından uzaqlaşdırılıb.