Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər Füzulidən qalxan təyyarəyə necə GPS maneəsi yarada bilib? - VİDEO

Ermənilər Füzulidən qalxan təyyarəyə necə GPS maneəsi yarada bilib? - VİDEO

Tarix: 16 Iyul 2023 15:33

Xəbər verdiyimiz kimi, Ermənistan tərəfi indi də Azəbaycan hava məkanında təxribatlar törətməyə başlayıb. Özü də Azərbaycan ərazisindən.

"İyulun 13-ü saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Gulfstream G280" sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, keçən ilin aprel ayında da, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində radioizləmə cihazları quraşdırılmışdı. Lakin indi quraşdırılan cihazın məqsədi ciddi təxribat törətkməkdir.

"Daha dəqiq desək, sərnişin təyyarələrinin yerlə əlaqəsini kəsərək qəza törətməsinə səbəb olmaq."

Hərbi ekspert bildirib ki, həmin ərazilərdə bu kimi cihazların quraşdırılmasına və hələ də erməni separatçıların orda olmasına Rusiya kontingenti göz yumur. Azərbaycan tərəfinin verdiyi bəyanatlara rusiya kontingenti tərəfindən adekvat reaksiya görmürük.

Ədalət Verdiyev əlavə edib ki, rusiya sülhməramlı kontingentinin bu fəaliyyəti onların ərazidən çıxarılması məsələsinin də gündəmə gətirilməsinə şübhə doğurmur.

Sonxeber.net Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Ermənilər Füzulidən qalxan təyyarəyə necə maneəsi yarada bilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ