Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dəli Kür'' miskin günlərini ''yaşayır'' - VİDEO

''Dəli Kür'' miskin günlərini ''yaşayır'' - VİDEO

Tarix: 17 Iyul 2023 15:22

Kür çayının sululuğu yenə azalıb.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, artıq 10 gün ərzində Kür çayında  suyun səviyyəsi 1-1,5 metr aşağı düşüb.

Vəziyyətin belə həddə olması su nasoslarına da öz təsirini göstərib.

Su nasosları indiki halda demək olar ki, tam gücü ilə işləmir. Bu da Kürun suyundan suvarma üçün istifadə olunan  ərazilərdə məhsuldarlığı aşağı salıb.

Çayda suyun səviyyəsinin həddən artıq aşağı düşməsi su quyularına da təsirsiz ötüşməyib. Hətta həyətlərdə qazılmış su quyuları da quruyub.

Bu arada, Kür çayının aşağı axımını qidalandıran ölkədaxili çaylarda suyun həcmi azalıb. Bu da Kür çayının aşağı axımında suyun səviyyəsinə təsir edib. Bunu nəzərə alaraq, Mingəçevir su anbarından buraxılan suyun həcmi saniyədə 80 kubmetr artırılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, yaxın bir neçə gün ərzində vəziyyət yenidən sabitləşəcək.

Qeyd edilib ki, Mingəçevir su anbarında kifayət qədər su ehtiyatları toplanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Dəli Kür miskin günlərini yaşayır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ