Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2023 19:54
Çayın tərkibində olan xüsusi maddələr - kaxetinlər əvvəllər antioksidant sayılırdı. Ancaq məlum olub ki, əksinə, oksidləşdirici proseslərə kömək edirlər və bununla da orqanizmə onlara müqavimət göstərməyi "öyrədirlər"...
Sonxeber.net lent.az-a istinadən bildirir ki, Sürixdəki Federal Texnologiya İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, yaşıl çayın orqanizmə təsiri heç də ümumi qəbul edilən kimi deyil. Çay həqiqətən immunitet sistemini gücləndirir, orqanizmə hüceyrə zədələnməsi ilə mübarizə aparmağa kömək edir və onların cavanlaşmasına kömək edir. Ancaq oksidləşdirici proseslərin (bir çox xəstəliklərin tətikçisi olan) yatırılmasına görə deyil, əksinə - onları işə salmaqla. Beləliklə, yaşıl çay, peyvəndlər kimi, bədənə lazımsız proseslərlə məşğul olmağı öyrədir.
Alimlər qeyd edirlər ki, içkinin tərkibində qocalma prosesini ləngidən katexinlər var. Bu maddələrin orqanizmdə oksidləşdirici stressin qarşısını alan antioksidant olduğuna inanılırdı, lakin nematod qurdu C. elegans üzərində aparılan təcrübələr bunun əksini göstərib.
Yaşıl çay polifenolları oksidləşdirici stressi boğmur, əksinə onu təşviq edir.Ona görə də çayın tərkibi antioksidantlar deyil, "orqanizmin peyvənd kimi özünü müdafiə qabiliyyətini yaxşılaşdıran prooksidantlardır", - professor və təhqiqat qrupunun rəhbəri Maykl Ristou izah edir.
İşin müəllifləri qeyd ediblər ki, oksidləşdirici stressin qısamüddətli artması orqanizmə bu zərərli prosesə uyğunlaşmağa və hüceyrələrin qoruyucu imkanlarını gücləndirməyə imkan verir. Təcrübələr katexinlərin eksperimental nematodların ömrünü uzatdığını və fiziki formasını yaxşılaşdırdığını təsdiqləyib. Buna görə də alimlər orqanizminizin qocalma prosesi ilə mübarizə aparmasına kömək etmək üçün müntəzəm olaraq yaşıl çay içməyi məsləhət görürlər.