Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstraliyada çimərlikdə naməlum obyekt tapılıb - FOTO

Avstraliyada çimərlikdə naməlum obyekt tapılıb - FOTO

Tarix: 18 Iyul 2023 14:06

Avstraliya hakimiyyəti qitənin qərb hissəsində okean sahilində tapılan müəmmalı cismin nə olduğunu müəyyənləşdirməyə çalışır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Qərbi Avstraliya Dövlət Polisinin (WAPF) məlumatına görə, obyekt insanlar üçün təhlükəli hesab edilir və ona yaxınlaşmaq qadağandır.

"Qərbi Avstraliya polisi çimərlikdə tapılan naməlum əşyanın mənşəyini araşdırır. Biz onun mənşəyini və təbiətini müəyyən etmək üçün müxtəlif dövlət və federal qurumlarla fəal əməkdaşlıq edirik", - agentliyin açıqlamasında deyilir.

Qeyd edək ki, paslanmış və balıqqulaqları ilə örtülmüş iki metrlik metal silindri Avstraliya qitəsinin qərb sahilində, Pertdən 240 km şimalda yerləşən Qrin-Hed kəndinin sakinləri aşkar edib.

Milli.Az


Etiketlər:  Avstraliyada çimərlikdə naməlum obyekt tapılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ