Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqon: Çinin hərbi potensialı misli görünməmiş sürətlə artır

Pentaqon: Çinin hərbi potensialı misli görünməmiş sürətlə artır

Tarix: 19 Iyul 2023 09:14

Çinin hərbi potensialı misli görünməmiş sürətlə artır.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Con Akvilino Aspen İnstitutunun (Denver, ABŞ) təşkil etdiyi təhlükəsizlik forumunda deyib.

"Biz sürət və miqyas baxımından analoqu olmayan hərbi güclənmənin şahidi oluruq. Biz təkcə hipersəs raketlərindən deyil, bütün imkanlardan danışırıq: dənizdə, havada, kosmosda", - Çinin hipersəs silahları sahəsindəki inkişafı ilə bağlı bir suala hərbçi cavab verib.

O, həmçinin Çin Silahlı Qüvvələrinin potensialının və imkanlarının artırılması tempindən narahatlığını ifadə edib.


Etiketlər:  Pentaqon Çinin hərbi potensialı misli görünməmiş sürətlə artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ