Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaricə səyahət asanlaşır - VİDEO

Xaricə səyahət asanlaşır - VİDEO

Tarix: 21 Iyul 2023 15:00

Azərbaycan vətəndaşları dünyanın 70-ə yaxın ölkəsinə vizasız səyahət edə bilərlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, turizm eksperti Əziz Şiriyev deyir ki, son vaxtlar ölkəmizlə viza rejmini ləğv etmək istəyən dövlətlərin sayı çoxalıb.

Bunun əsas səbəblərindən biri dünya miqyasında Azərbaycanın artan nüfuzudur. Ekspert bildirib ki, qarşıdakı illərdə daha bir neçə ölkə ilə viza rejimi sadələşdirilə bilər.

Onun fikrincə, bəzi ölkələrlə viza rejminin ləğv olunduması daxili turizmin inkişafını da sürətləndirir. Çünki xarici ölkə vətəndaşlarının Azərbaycana gəlişi asanlaşır. Son 8 ildə ölkəyə gələn turistlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.

Qeyd edək ki, Azərbaycanın ümumvətəndaş pasportu "The Henley Passport Index 2023"də 6 pillə irəliləyək 72-ci yerdə qərarlaşıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Xaricə səyahət asanlaşır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ