Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden özünü “süni intellekt” adlandırdı

Bayden özünü “süni intellekt” adlandırdı

Tarix: 22 Iyul 2023 18:00

ABŞ Prezidenti Co Bayden zarafatla özünü "süni intellekt" adlandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Bayden Ağ Evdə süni intellekt texnologiyalarının hazırlanması və istifadəsi problemlərinə həsr olunmuş qısa nitqində özünü bu cür xarakterizə edib.

Vaşinqton administrasiyasının rəhbəri çıxışında bildirib ki, süni intellekt iqtisadiyyatda böyük imkanlar yaratmaqla yanaşı, cəmiyyət və milli təhlükəsizlik üçün də böyük risk daşıyır.

"Bu kimi yeniliklər edən şirkətlər məhsullarının təhlükəsizliyinə görə böyük məsuliyyət daşıyırlar", - Bayden deyib.

Qeyd edək ki, tədbirdə ABŞ-nin böyük texnologiya şirkətlərinin rəhbərləri, o cümlədən "Microsoft", "Google" və "Meta" şirkətlərinin prezidentləri iştirak ediblər.

Milli.Az


Etiketlər:  Bayden özünü süni intellekt adlandırdı


RƏYLƏR