Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakan Fidan İran XİN rəhbəri ilə danışdı

Hakan Fidan İran XİN rəhbəri ilə danışdı

Tarix: 22 Iyul 2023 21:22

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə İranın Xarici İşlər naziri Hüseyn Əmir-Abdullahiyan arasında telefon danışığı olub.

Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Görüş zamanı ikitərəfli əlaqələr, İslam Əməkdaşlıq Təşkilatının səfərbərliyi və Qurana qarşı edilən hücumlara qarşı birgə görüləcək tədbirlər müzakirə edilib.

Məlumat üçün qeyd edək ki, Danimarkada İslam əleyhdarı və ifrat millətçi olan "Danske Patrioter (Danimarka Patriotları)" adlı marjinal qruplaşma üzvləri dünən İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandırıblar.

İslam əleyhinə pankart açan və İslamı təhqir edən şüarlar səsləndirən qruplaşma üzvləri İraq bayrağını və Quranı yerə ataraq onun üzərinə çıxıblar.


Etiketlər:  Hakan Fidan İran XİN rəhbəri ilə danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ