Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ailədə hamı bir sabundan istifadə etməsin - SƏBƏB

Ailədə hamı bir sabundan istifadə etməsin - SƏBƏB

Tarix: 23 Iyul 2023 12:00

Həkimlər bütün ailə üçün sabundan istifadənin zərərlərini açıqlayıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, aparılan tədqiqatlara görə, sabun nümunələrinin təxminən 62 faizində müxtəlif növ bakteriyalar var. Bu mikroorqanizmlər arasında yüngül mədə pozğunluğuna səbəb olan təhlükəli bakteriyalar ola bilər.

Sabunun səthində bakteriyalardan əlavə, ciddi mədə-bağırsaq xəstəliklərinə səbəb ola biləcək norovirus və rotavirus kimi viruslar ola bilər.

Hər istifadədən sonra mütəmadi olaraq sabunu yaxalamaq infeksiya riskini xeyli azalda bilər. Bundan əlavə əl və ya bədən üçün maye sabundan istifadə etmək tövsiyə olunur.

Sabun, şübhəsiz ki, mikroblarla mübarizədə effektiv rol oynasa da, onun ümumi istifadəsi sağlamlıq üçün təhlükə mənbəyi ola bilər.


Etiketlər:  Ailədə hamı sabundan istifadə etməsin SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ