Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müdafiə naziri: Ukrayna gələn il NATO-ya qəbul olunacaq

Müdafiə naziri: Ukrayna gələn il NATO-ya qəbul olunacaq

Tarix: 24 Iyul 2023 09:00

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov ölkənin 2024-cü ilin yayında alyansın sammitində NATO-ya qəbul ediləcəyini gözləyir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o, CNN telekanalına müsahibəsində bildirib ki, Vaşinqtonda keçiriləcək növbəti sammiti Ukraynanın NATO-ya üzvlüyünün veriləcəyi məqam hesab edir.

"Kim bilir, bəlkə də bu, Ukrayna üçün çox vacib gün olacaq", - Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Eyni zamanda, o, ölkənin yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra alyansa qoşula biləcəyini etiraf edib. Reznikov münaqişənin gələn yaya qədər bitəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu arada Kiyev ölkəyə giriş üçün zəruri olan islahatları davam etdirəcək.

Milli.Az


Etiketlər:  Müdafiə naziri Ukrayna gələn il NATO ya qəbul olunacaq


RƏYLƏR