Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə şəhid verdi

Türkiyə şəhid verdi

Tarix: 24 Iyul 2023 19:18

İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin təcavüzkar atəşi nəticəsində müqaviləli piyada əsgər Mehmet Can şəhid olub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Pəncə-Kilit hərəkatı bölgəsində kəşfiyyat və müşahidə fəaliyyətləri həyata keçirən zaman separatçı terror təşkilatı üzvləri tərəfindən açılan təcavüz atəşi nəticəsində müqaviləli piyada əsgər Mehmet Can şəhid olub. Bizə dərin ağrı və hüzn yaşadan bu hadisədə həyatını itirən şəhidimizə Allah rəhmət eləsin, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı verir, səbr diləyirik" - Nazirlikdən verilən yazılı açıqlamada deyilir.


Etiketlər:  Türkiyə şəhid verdi


RƏYLƏR