Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2023 23:46
Niderland sahillərində göyərtəsində təxminən 3 min avtomobil daşıyan "Fremantle Highway" yük gəmisi alovlanıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Niderland Sahil Mühafizə Xidməti məlumat yayıb.
Gəmi Almaniyadan Misirə gedirmiş.
Ekipoj yanğını özü söndürməyə cəhd edib, lakin alov sürətlə bütün gəmiyə yayılıb. Nəticədə helikopter və xilasedici qayıqlardan istifadə etməklə gəmidəki insanların təxliyyəsinin həyata keçirilməsi qərara alınıb.
Yanğın nəticəsində gəminin ekipaj üzvlərindən biri həlak olub. İlkin məlumata görə, yanğın daşınan elektrik avtomobillərindən birində başlayıb.