Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2023 11:35
"Yaşım az deyil, çox məsələlərin şahidi olmuşam. Hər zaman bir məsəl çəkirəm. Deyirəm ki, bir qanlı hadisə olardı, oraya isə mərhum müğənni Məmmədbağır Bağırzadəni aparardılar, söhbət bağlanardı. Çünki eldə ona çox böyük hörmət var idi. Məmmədbağırın timsalında digər müğənni rayona toya gələrdi, hamı onu canlı görmək üçün yığışardı. Tamaşaçılarda sənətə və müğənniyə sevgi vardı".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu "7 canlı" axşam şousunda deyib.
Sənətçi bildirib ki, söyülməyən müğənni qalmayıb:
"İndi isə hər şey dəyişilib. Ağlıma gəlmir ki, söyülməyən müğənni olmasın. Söyülməyən müğənni qalmayıb. Gör, zamanə nə qədər dəyişib. Bunun da əsas səbəbi ilk növbədə sosial şəbəkələrdir. Əvvəllər sosial şəbəkələr yox idi. Bəlkə də olsaydı, indidən daha betər olardı.
Heç bu qədər efirlər yox idi. Bir tək AzTV vardı, oranın efirinə çıxmaq üçün isə hər insanın başı üçün deyildi. Üç-dörd müğənni var idi ki, onlar AzTV-nin efirinə çıxa bilirdi. O zamanlar hər şey fərqli idi".