Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2019 01:04
Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.
Trend-in məlumatına görə, telefon danışığı zamanı V.Putin ona 22 oktyabrda Soçidə Rusiya-Türkiyə danışıqlarının məzmunu haqqında ətraflı məlumat verib.
Bildirilir ki, Emmanuel Macron Rusiya və Türkiyənin əldə etdiyi razılaşmaları yüksək qiymətləndirib:
"Bu görüşdə razılaşdırılmış anlaşma memorandumunda qeyd olunan qərarların bütün tərəflərin maraqları nəzərə alındığı və Suriyanın suverenliyi və ərazi bütövlüyünün bərpasına töhfə verdiyi vurğulanır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin