Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeronda İNANILMAZ DƏLƏDUZLUQ: 200-dən çox ailə aldadıldı, 84 min manat... - VİDEO

Abşeronda İNANILMAZ DƏLƏDUZLUQ: 200-dən çox ailə aldadıldı, 84 min manat... - VİDEO

Tarix: 30 Iyul 2023 22:48

Abşeronda 200-dən çox ailə dələduzluq faktı ilə üzləşib.

Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, Qobu qəsəbəsinin yeni yaşayış massivində evlərə su xəttinin çəkilməsi üçün hər ailədən 650 manat pul yığılıb, lakin həmin məbləğ sonradan mənimsənilib.

Məlum olub ki, həmin ərazidə yaşayan 3 nəfər Akif, Vaqif və Araz adlı şəxslər birləşərək "Azərsu" ASC-nin adından ümumilikdə 84 min manat pul toplayıblar.

Sakinlərin sözlərinə görə, Akif , Vaqif və Araz  topladıqları vəsaiti podraçı təşkilata verdiklərini desələr də, bu vaxta qədər onların evlərinə su xətti çəkilməyib.

Adı dələduzluq faktında hallanan Vaqif Eynalov və Akif Əliyev açıqlamasında bildiriblər ki, onlar da digər sakinlər kimi hadisənin qurbanıdır. Onlar da vəsaiti Araz adlı şəxs vasitəsilə podraçı təşkilata veriblər. Əslində isə heç podraçı təşkilat belə yox imiş.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı təsdiqləyib ki, həmin ərazidə yaşayan sakinlər bir neçə şəxsin dələduzluğu ilə üzləşiblər. Yeni yaşayış massivində mövcud su şəbəkəsi yoxdur və ora su xəttinin çəkilməsi ilə bağlı adı çəkilən quruma heç bir müraciət daxil olmayıb.

Sakinlər bildiriblər ki, mövcud məsələ ilə bağlı hüquq - mühafizə orqanlarına müraciət ediblər. Hazırda iş üzrə araşdırmalar aparılır.


Etiketlər:  Abşeronda İNANILMAZ DƏLƏDUZLUQ dən çox ailə aldadıldı manat VİDEO


RƏYLƏR