Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2023 00:36
Erməni lobbisinin təzyiqi ilə "Disney Plus" platforması 6 seriyadan ibarət olan Atatürk serialını bu il oktyabrın 29-da yayımlamayacaq.
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Mənbə yazır ki, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə təsadüf edən serial yenidən bədii filmə çevriləcək və noyabrın 3-də yalnız Türkiyə kinoteatrlarında nümayiş olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl Amerika Erməni Milli Komitəsi (ANCA) "Disney"i müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən serialı yayımlamamağa çağırmışdı.
Xatırladaq ki, "Disney Plus" serial üçün 8 milyon dollar xərcləyib.