Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski Nyu-Yorka gedə bilər

Zelenski Nyu-Yorka gedə bilər

Tarix: 1 Avqust 2023 08:02

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrda Nyu-Yorka gedəcək.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Onun BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka gedəcəyi bildirilib.

Həmçinin, Zelenskinin 10 maddəlik "sülh formulu"nu irəli sürəcəyi də vurğulanıb.

Bununla belə, Zelenskinin BMT-yə səfərinin və proqramının dəqiq olmadığı və Ukrayna hakimiyyətinin bu məsələ ilə bağlı suallara cavab vermədiyi də qeyd olunub.

Milli.Az


Etiketlər:  Zelenski Nyu Yorka gedə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ