Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qəbələ” darmadağın oldu

“Qəbələ” darmadağın oldu

Tarix: 6 Avqust 2023 22:18

Azərbaycan Premyer Liqasında daha iki oyun keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu qarşılaşmalardan sonra I tura yekun vurulub.

Günün ilk görüşü Gəncədə baş tutub. Burada əzəli rəqiblərindən olan "Neftçi"ni qəbul edən yerli "Kəpəz" sensasion qələbəyə sevinib - 1:0.

Günün digər duelində Konfrans Liqasında mərhələ adlayan "Sabah" elə bu turnirdə biabırçılıqla üzləşən "Qəbələ"ni qəbul edib. Avrokubok oyunlarını rüsvayçı məğlubiyyətlə başa vuran "Qəbələ" bu dəfə də böyük hesabla uduzub. Masazır təmsilçisi bölgə komandasının qapısından 5 cavabsız top keçirib.

Azərbaycan Premyer Liqası
I tur
6 avqust

"Kəpəz" - "Neftçi - 1:0
Qol: Kvirkviya, 44 (pen)
Gəncə şəhər stadionu. Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı
"Kəpəz": 1. Vladislav Vasilyuçek, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 22. Rüfət Əhmədov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov, 66. Arzu Atakişiyev
Baş məşqçi: Azər Məmmədov
"Neftçi": 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 4. Mark Tamaş, 44. Yuri Matias, 11. Kilan Lebon
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 82. Rüfət Abbasov, 5. Kenni Sayef, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski
Baş məşqçi: Adrian Mutu

"Sabah" - "Qəbələ" - 5:0
Qollar: Apeh, 21, Nuriyev, 35; İsayev, 45; Mikels, 56; Mütəllimov, 79
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
"Sabah": 1. Yusif İmanov, 77. Namik Ələskərov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev (k), 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 12. Vensan Till, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 20. Coy Lens Mikels, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.
"Qəbələ": 13. Kristof Atanqana, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0, "Sumqayıt" "Səbail"i 4:1, "Zirə" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

Milli.Az


Etiketlər:  Qəbələ darmadağın oldu


RƏYLƏR