Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda qanunsuz tikinti aparmaq istəyirdilər, İcra Hakimiyyəti dərhal müdaxilə etdi - FOTO

Bakıda qanunsuz tikinti aparmaq istəyirdilər, İcra Hakimiyyəti dərhal müdaxilə etdi - FOTO

Tarix: 8 Avqust 2023 11:52

Xətai rayonu, Sarayevo küçəsində, yolun ortasındakı yaşıllıq zolağında kafe tikilməsi planlaşdırılıb.

Bu barədə ötən gün sosial şəbəkələrdə məlumat yayılıb. 

Ərazidəki vətəndaşlar bildiriblər ki, bütün yaşıllıq zolağı zəbt edilib, ağacları kəsir, diqqət çəkməmək üçün tikinti işini gecələr icra edirlər. 

Bakı Şəhər İcra Hakimiyyətinin müdaxiləsi nəticəsində Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə ərazidəki qanunsuz tikili sökülüb və əvvəlki vəziyyətinə qaytarılıb. 


Etiketlər:  Bakıda qanunsuz tikinti aparmaq istəyirdilər İcra Hakimiyyəti dərhal müdaxilə etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ