Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə 12 manata olan geyimi 120 AZN-ə SATDILAR - VİDEO

Türkiyədə 12 manata olan geyimi 120 AZN-ə SATDILAR - VİDEO

Tarix: 8 Avqust 2023 12:28

Geyim mağazasında satılan paltarın qiyməti müzakirələrə səbəb olub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Bakıda mağazaların birində Türkiyədən 199, 99  lirəyə, yəni təxminən 12 manata alınan pencəyin 120 manata satışa qoyulduğu iddia edilib.

"Mağazaya daxil olan müştərilərdən biri bunu çəkərək ictimailəşdirib. Məsələni araşdırmaq üçün üz tutduq həmin paltarın satıldığı mağazaya."

Orada işləyən Qalina Brızqunova bildirdi ki, deyilənlər heç də doğru deyil. Yəni 120 manat satış qiymətinə tək pencək deyil, həm də şalvar daxildir. Yəni fotonu çəkən şəxs yalnız pencəyin türk lirəsi ilə olan qiymətini çəkib, ictimailəşdirib. Üstəlik həmin paltar 5 il əvvəl alınıb. Həmin vaxtı isə türk lirəsi indiki ilə müqaisədə dəfələrlə baha olub.

Marketoloq Elxan Mərdanlı isə bildirir ki, indiki məzənnə ilə 200 türk lirəsinə alınan paltarın 120 manata satılması doğru deyil. Üstəlik alıcılar belə hallarda diqqətli olmalı, sadə araşdırma aparmalıdırlar.

Ekspertin sözlərinə görə, istehsalçı firmalar, xüsusilə tekstil sənayesində malın topdansatış qiymətindən maksimum 3 dəfə baha satılmasını tövsiyyə edirlər.

O da bildirildi ki, bu kimi və bənzər hallarda narazı qalan müştərilər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Türkiyədə 12 manata olan geyimi 120 AZN ə SATDILAR VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ