Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə avtomobil sənayesi məhsulları ixracını artırıb

Türkiyə avtomobil sənayesi məhsulları ixracını artırıb

Tarix: 8 Avqust 2023 13:50

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 20,1 milyard dollara bərabər olub.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin iyul ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 33,2 faiz çoxdur", - deyə açıqlamada deyilir.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 33,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.


Etiketlər:  Türkiyə avtomobil sənayesi məhsulları ixracını artırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ