Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2023 10:02
Türkiyə beynəlxalq münasibətlərin həllində açar ölkəyə çevrilib.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14-cü Səfirlər Konfransında çıxışı zamanı deyib.
"Türkiyənin Ukrayna müharibəsində tutduğu mövqe bütün dünyanın təqdirini qazanıb. Biz ilk gündən balanslı və ədalətli münasibətimizlə bu böhranın həllində əsas ölkə rolunu öz üzərimizə götürmüşük. Türkiyə beynəlxalq münasibətlərə damğasını vuran, bir çox vacib mövzularda iştirakı axtarılan açar ölkəyə çevrilib", - deyə Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyənin heç kimlə, xüsusən də qonşuları ilə həll olunmayacaq problemləri yoxdur.
"Üç qitənin mərkəzində yerləşən Türkiyə hadisələri səssiz izləyə bilmir. Güclü olmaq bizim üçün seçim deyil, öhdəlikdir. Bunun yolu konstruktiv, aktiv və balanslaşdırılmış xarici siyasətdən keçir. Biz diplomatiyanın bütün imkanlarından, elementlərindən istifadə edərək, Türkiyənin maraqlarını qorumağa səy göstəririk", - deyə Ərdoğan vurğulayıb.
"Biz Türkiyənin ərazi bütövlüyünü təhdid edən terror bəlası aradan qaldırılana qədər əməliyyatlara davam edəcəyik", - Türkiyə lideri qeyd edib.