Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2019 16:12
"Liverpul"un futbolçusu Vircil van Deyk Çempionlar Liqasının yarımfinalında "Barselona"ya qarşı keçirəcəkləri cavab oyunu barədə danışıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, görüşün çətin keçəcəyini deyib: "Rəqib yaxşı formadadır. Onlar özlərini yaxşı hiss edir və oyuna hazırlaşmağa çox vaxtları var .Ancaq biz də son zamanlar yaxşı oynayırıq. Özümüzə güvənirik və qisas almağa hazırıq".
Qeyd edək ki, "Liverpul" - "Barselona" görüşü mayın 7-i keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşma Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.