Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu şəxsə sahib çıxan yoxdur - VİDEO

Bu şəxsə sahib çıxan yoxdur - VİDEO

Tarix: 10 Avqust 2023 19:00

Əqli geriliyi olduğu deyilən bu şəxs illərdir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yayda körpünün altında, qışda isə dayancaqda gecələyir.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, əslən Mingəçevirdən olduğunu və atası tərəfindən şiddətə məruz qaldığını iddia edir.

Yaxınlıqda yaşayanların sözlərinə görə bu şəxs 5 ildir ki, Binəqədi rayonu, Sulutəpə dairəsində yayda bu körpünün altında qalır, qışda isə bu dayanacaqda gecələyir.

"Onun bu əraziyə necə gəldiyi bilinmir. Sakinlər onu geyimlə təmin etdiklərini deyirlər."

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyindən bildirildi ki, qurumun əməkdaşları əraziyə baş çəkiblər. Həmin şəxs özü barədə məlumatları təqdim etməkdə çətinlik çəkib. Onu səhhəti, ailəsi və digər məlumatlar araşdırıldıqdan sonra qərar veriləcək. Uyğun olduğu təqdirdə aidiyyəti müəssisəyə yerləşdirilməsi məsələsinə baxılacaq.

DİN -nin mətbuat xidmətindən isə qeyd edilib ki, vətəndaşın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bu şəxsə sahib çıxan yoxdur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ