Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2023 12:55
Müğənni Nura Suri növbəti dəfə Dənizkənarı Milli Parkdan şikayətlənib.
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, axşam saatlarında sözügedən məkana gələn sənətçi restoranların və skuterlərin əlindən gəzə bilmədiyini vurğulayıb.
Nura Dənizkənarı Milli Park ərazisində skuterləri sürmək qadağandır lövhəsini çəkərək, bu qaydaya heç kimin əməl etmədiyini lentə alaraq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
"Bura Dənizkənarı Milli Park, bulvardır. Bura isə hamının istirahəti üçün nəzərdə tutulub. Amma gördüyünüz kimi, bura skuterlərin atraksiyonudur. Burada normal gəzmək mümkün deyil. O boyda söhbətlərdən, şikayətlərdən, saytların yazdığından sonra bulvarda heç nə dəyişməyib. Burada hər yerdə restoranlar və kirayə skuterlər", - deyə N.Suri bildirib.