Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Azərbaycana gəlib

Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Azərbaycana gəlib

Tarix: 28 Oktyabr 2019 13:12

Bakı. Trend:

Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi Baronessa Nikolsonun Azərbaycana ikinci səfəri başlayıb.

Bu barədə Trend Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

Ticarət elçisi Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilən və Azərbaycandakı Britaniya Şurası (British Council) tərəfindən həyata keçirilən və Böyük Britaniya ilə Azərbaycan arasında gözəl səviyyədə olan mədəni və təhsil əlaqələrini əks etdirən bir sıra açılış mərasimlərində iştirak edəcək.

Ticarət elçisi, Azərbaycanın yüksək vəzifəli şəxsləri və Britaniya biznes qrupunun üzvləri ilə yanaşı, cəmiyyətin qabaqcıl xanım liderləri ilə də görüşəcək, qadınların səlahiyyətləri, məişət zorakılığı və digər gender və uşaqların qorunması mövzularında danışacaq.

Səfərdən öncə Baronessa deyib:

"Böyük Britaniya ilə Azərbaycan arasında uğurlu ikitərəfli münasibətlər təkcə ticarət və enerji sahələrini əhatə etmir. 2019-cu ildə Azərbaycana ikinci dəfə səfər etməkdən məmnunam və işgüzar sahədə, eyni zamanda mədəniyyət, təhsil, ətraf mühit və səhiyyə sahələrində də Böyük Britaniya ilə Azərbaycanın əlaqələrinin daha da inkişaf edəcəyinə ümid edirəm. Azərbaycan hökuməti ilə gələcək əməkdaşlıq imkanlarını araşdırmaq üçün söhbətlərimizi səbirsizliklə gözləyirəm”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Azərbaycana gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ