Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yayda yuxuya mane olan səbəblər

Yayda yuxuya mane olan səbəblər

Tarix: 11 Avqust 2023 22:39

Tibb elmləri namizədi, nevroloq Yelena Tsareva  yayda insanın niyə daha pis yuxuya getdiyinin səbələrini açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə o Sputnik radiosuna müsahibə verib.

O yuxunu necə normallaşdırılacağı haqqında danışıb.

Onun sözlərinə görə, yuxuya getməkdə çətinlik yataq otağında havanın ağırlığı və həddindən artıq yüksək temperatur səbəbindən baş verə bilər.

Həkim yatmazdan əvvəl otağı yaxşıca havalandırmağı tövsiyə edib.

Tsareva əlavə edib ki, çox tərləməyə keyfiyyətsiz yataq dəstləri də səbəb ola bilər ki, bu yuxu pozğunluğuna səbəb ola bilər.

Həkim yayda təbii, "nəfəs alan" parçalardan hazırlanmış yataq dəstlərindən istifadə etməyi məsləhət görür.

O, qeyd edib ki, havanın isti keçməsi ilə əlaqədar orqanizmdə su balansı pozula bilər ki, bu da yuxusuzluğa səbəb olur.

Bunun qarşısını almaq üçün daha çox su içməli və kofeinli içkilərin qəbulunu məhdudlaşdırmalısınız.

İşığın gözün tor qişasına təsiri orqanizmin daha az həcmdə melatonin hormonu istehsal etməsinə gətirib çıxarır ki, bu da yuxuya getməyə və yuxu müddətinə təsir göstərir.

Həddindən artıq işıq, yəni yayada gündüzlərin uzun olması yuxunun azalmasına gətiri çıxarır.

Problemi həll etmək üçün həkim yuxu maskasından istifadə etməyi tövsiyə etdi.

Milli.Az


Etiketlər:  Yayda yuxuya mane olan səbəblər


RƏYLƏR