Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2023 23:56
"Apple" şirkəti smartfonlarının sürəti azalan "iPhone" istifadəçilərinə təzminat ödəməyə başlayacaq.
Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Mercury News" məlumat yayıb.
Bildirilib ki, korporasiya məhkəmə yolu ilə cihazlarda problem olduğunu bildirən smartfon sahiblərinə hər birinə 65 dollar və ya təxminən 110,11 AZN ödəyəcək. "Ümumilikdə, "Apple" təxminən 500 milyon dollar ödəyəcək. Bu barədə korporasiyanın hüquqşünasları və smartfon sahibləri hələ 2020-ci ildə razılaşıblar.
Amerika brendinin cihazlarının istifadəçilərinin şirkəti köhnə smartfonların işini qəsdən yavaşlatmaqda günahlandırdığı məhkəmə iddiası hələ 2017-ci ildə qaldırılmışdı. Ümumilikdə 3 milyona yaxın istifadəçi korporasiyaya qarşı iddia qaldırıb. Məlumdur ki, köhnə akkumulyatoru olan qurğular daha yavaş işləyə bilərdi, lakin "Apple" ilkin olaraq qadcetlərinin bu xüsusiyyətini tanımırdı.
İddiaçıların nümayəndələrinin sözlərinə görə, "iPhone 6", "6 Plus", "6s", "6s Plus", "SE", "7" və "7 Plus" smartfonlarının sahibləri kompensasiya alacaqlar. 2020-ci ildə müraciət edən istifadəçilər ödənişə arxalana biləcəklər.
2022-ci ilin iyul ayında məlum olub ki, "Apple" problemli klaviaturası olan "MacBook" sahiblərinə 50 milyon dollar ödəyəcək. Müqavilə 2015-2019-cu illər arasında "MacBook", "MacBook Air" və əksər "MacBook Pro" modellərini almış müştəriləri əhatə edirdi.