Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2023 19:55
Xalq artisti, tanınmış aktyor Yasin Qarayev əməliyyat olunub.
Sonxeber.net xəbər verir ki, aktyor səhhəti barədə Yenicag.az-a açıqlama verib:
"Cərrahiyyə əməliyyatı olundum. Nədən, necə - bu barədə ətraflı danışmaq istəmirəm. Əsas odur, əməliyyat uğurla keçdi, çox şükür. Analizlərin cavabının necə olacağı ilə bağlı narahatlıq var idi. Çox şükür, nəticə xoşxassəli oldu. Göydə Allah, yerdə həkimim sayəsində yaxşı qurtardım".