Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2019 11:24
Bakı. Elçin Mehdiyev – Trend:
2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 580,3 milyon manatlıq xidmət göstərib.
Trend-in məlumatına görə, göstərilən xidmətin 72,6 faizi əhali tərəfindən istehlak olunub.
2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,4 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 83,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 41,7 faizi və ya 658,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin