Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə 1 milyard avro dəyərində yeni magistral yol çəkiləcək

Türkiyədə 1 milyard avro dəyərində yeni magistral yol çəkiləcək

Tarix: 26 Avqust 2023 12:12

Türkiyənin Ankara və İstanbul şəhərləri arasında 1 milyard avro dəyərində yeni magistral yol çəkiləcək.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Məlumata əsasən, 200 kilometr uzunluğunda olacaq Akyazı-Ankara magistral yolunun üç zolaqlı olması planlaşdırılıb.

"2028-ci ilə qədər 544 kilometrlik yeni avtomobil yolu şəbəkəsini tamamlamağı nəzərdə tuturuq. Aydın-Denizli şosesi İzmirlə yanaşı, Antalya ilə də əlaqəni təmin edəcək. Turizm məkanı olaraq Antalya, Denizli və İzmiri bu dəhlizlə birləşdirəcəyik", - deyə o əlavə edib.

Milli.Az


Etiketlər:  Türkiyədə 1 milyard avro dəyərində yeni magistral yol çəkiləcək


RƏYLƏR