Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2023 22:34
Hindistanın cənubunda Tamil Nadu ştatında qatar vaqonunun yanması nəticəsində 9 nəfər həlak olub.
Sonxeber.net news24.az- a istinadən xəbər verir ki, hadisə sərnişinlərdən biri çay dəmləmək istəyərkən baş verib.
Hələlik cəsədlərin heç birinin şəxsiyyəti müəyyən edilməyib.
Yerli KİV-in məlumatına görə, sərnişinlərin qeyri-qanuni istifadə etdiyi qaz balonu partlayışa səbəb olub.