Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2023 19:52
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan sabah, avqustun 31-də Cənubi Qafqaz və Ukraynanı müzakirə edəcəklər.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, xüsusilə Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz daxil olmaqla regional məsələləri müzakirə edəcəklər.
M.Zaxarova həmçinin bildirib ki, nazirlər energetika sahəsində əməkdaşlığı da müzakirə edəcək, eyni zamanda ölkə liderlərinin ikitərəfli təmaslarının qrafikini hazırlayacaqlar.
Qeyd edək ki, H.Fidan sabah Rusiyaya gedəcək. Bu onun nazir təyin olunandan sonra Rusiyaya ilk səfəri olacaq.