Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bağçalara qəbulun dayandırılma səbəbi açıqlandı

Bağçalara qəbulun dayandırılma səbəbi açıqlandı

Tarix: 1 Sentyabr 2023 10:50

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.

Bu barədə Sonxeber.net-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Səbəb 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi ilə bağlıdır. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.


Etiketlər:  Bağçalara qəbulun dayandırılma səbəbi açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ