Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2023 13:02
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Julius Baer Generation Cup onlayn turnirinin divizionlarından birinin qalibi olub.
Sonxeber.net İdman.biz-ə istinadən xəbər verir ki, yarışın iştirakçıları müxtəlif divizionlar çərçivəsində mini-turnirlər keçiriblər. Qrupunun final görüşündə Şəhriyar ABŞ təmsilçisi Samuel Sevyanı məğlub edib.
Birinci divizionda Maqnus Karlsen əvvəlki mərhələlərdə amerikalı Fabiano Karuana və fransalı Alireza Firuzjaya qalib gələrək finala yüksəlib.
Julius Baer Nəsil Kuboku Karlsenin təşəbbüsü ilə Çempionlar Şahmat Turunun bir hissəsidir.