Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tarifləri müəyyənləşdirmək səlahiyyəti verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tarifləri müəyyənləşdirmək səlahiyyəti verildi

Tarix: 2 Sentyabr 2023 13:57

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"yə edilən dəyişiklikdə əksini tapıb

Nazirlik Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirəcək.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yeni tariflər və xidmət haqları təsdiq edilənədək mövcud tariflər və xidmət haqları öz hüquqi qüvvəsini saxlayacaq.


Etiketlər:  Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyinə tarifləri müəyyənləşdirmək səlahiyyəti verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ