Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2023 05:57
"Veçernyaya Moskva" qəzetinə müsahibəsində qastroenteroloq Nikita Xarlov limonlu suyun təsiri barədə xəbərdarlıq edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, qastroentroloqun sözlərinə görə, limonlu su eroziya və ya xorası olan insanlara pis təsir göstərir.
"Onlar özlərini dərhal narahat hiss edəcəklər. Limon turşusu mədənin yaralı divarlarına daxil olduqdan sonra qıcıqlanma başlayacaq. Amma bunu yeməkdən sonra və ya yemək zamanı etsəniz, insana heç bir zərəri olmayacaq", - Xarlov izah edib.
Onun sözlərinə görə, mədə-bağırsaq traktının bir sıra xəstəliklərində, o cümlədən yemək borusu və mədənin iltihabı zamanı limonlu su içmək əks göstərişdir. Bundan başqa, həkim xəbərdarlıq edib ki, diş minasını məhv etməmək üçün limonlu suyu turbacıqdan içmək məsləhətdir.