Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı iş adamı əməkdaşlarından birinə "Lamborghini" avtomobili hədiyyə edəcək - VİDEO - FOTO

Azərbaycanlı iş adamı əməkdaşlarından birinə

Tarix: 6 Sentyabr 2023 11:40

Bazar günü məşhur memar Tural Namazov və həyat yoldaşı influenser Elmira Namazova öz dizayn şirkətləri olan "Redeseign Luxury"nin 2-ci ofisinin dəbdəbəli açılışını ediblər.

Milli.Az yazır ki, açılışda cütlüyün blogger dostları və tanınmış iş adamları olub. 

Cütlük tədbirdə öz əməkdaşlarından birinə "Lamborghini" hədiyyə edəcəklərini açıqlayıb.

Tural Namazov Milli.Az-a özəl açıqlamasında deyib ki, o, bir gün öz əməkdaşlarından birinin kompyuterində avtomobil şəkli görüb və bunun səbəbini soruşub. İşçi isə bu şəklin ona ilham mənbəyi olduğunu və bir gün bu maşına sahib olacağını deyib.

"Mən də düşündüm ki, bu maşını bizimlə çalışan dizaynerlərimizdən birinə hədiyyə edək. 4 il boyunca müştərilər dizaynerlərimizi bal sistemi ilə dəyərləndirəcək və 4 ilin sonunda bu gördüyünüz "Lamborghini" onun olacaq. Bu, onların qırmızı diplomu, həm də motivasiya mənbəyidir", - Tural Namazov deyib. 

"Bəs, sizin motivasiya mənbəyiniz nədir?" sualına cavabında isə həyat yoldaşını göstərərək:

"Düşünürəm ki, hər bir kişi üçün onun yanında ona dəstək olan qadın elə onun ilham mənbəyidir".

T.Namazov deyib ki, onun digər motivasiya mənbəyi isə müştərilərinin üzündəki sevinc və təəccüb ifadəsidir:

"İşimlə bağlı ən böyük motivasiya mənbəyim işlərimizi təhvil verəndə müştərilərin üzündə yaranan sevinc və təəccüb hissi olur. Bu, sadəcə mənim üçün deyil, həm də bizimlə çalışan işçilər üçün də ilham mənbəyidir".

Tural Namazov Milli.Az-a açıqlamasında gələcək məqsədlərindən də danışıb:

"İllərlə böyük şirkərlərlə çalışdım, özümü təkmilləşdirdim, iki ilə yaxındır öz şirkətimi qurmuşam. İndi də şirkətimin ikinci ofisini açıram. Və düşünürəm ki, bizim ölkə xaricində də şirkətimiz olacaq. Buna söz verirəm".

Milli.Az


Etiketlər:  Azərbaycanlı adamı əməkdaşlarından birinə Lamborghini avtomobili hədiyyə edəcək VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ