Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2023 17:28
"Vaqner" rəhbəri Yevgeni Priqojinin ölümündən sonra onun imperiyasının aktivləri uğrunda Rusiya xüsusi xidmət orqanları arasında mübarizə başlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Nyu York Tayms" nəşri məlumat yayıb.
İddia edilib ki, aktivləri Rusiyanın Xarici Kəşfiyyat Xidməti və Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti öz aralarında bölməyə çalışır.
Mənbələrin sözlərinə görə, mülki aktivlərin bir hissəsi Priqojinin oğlu Pavelin ola bilər. O, həmçinin bu aktivlərdən hərbçilər üçün də iddia edə bilər. Çünki bəzi döyüşçülər "üçüncü tərəfin" nəzarətinə keçmək istəmir və hakimiyyətin Pavelə təhvil verilməsini dəstəkləyir