Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neftin qiymətinin artması pensiya ödənişlərinə necə təsir edəcək? - Açıqlama

Neftin qiymətinin artması pensiya ödənişlərinə necə təsir edəcək? - Açıqlama

Tarix: 11 Sentyabr 2023 11:36

Son 3 ayda neftin dünya bazar qiyməti 22 faiz yüksəlib. Artıq "Brent" markalı neftin qiyməti hər barel üçün 90 dollardan baha təklif olunur. Neftin dünya bazar qiymətindəki artımlara səbəb hasilatın azaldılması və tələbin yüksəlməsidir. Belə ki, "OPEC+" alyansı hasilatın optimallaşdırılması siyasətini davam etdirir və bu məsələdə hər hansı yayınmalar müşahidə olunmur. Digər tərəfdən, Çin daxil olmaqla, bir sıra aparıcı ölkələrdə neftə tələb də yüksəlməkdədir ki, bu da birjalara təsirsiz ötüşmür.

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, neftin qiymətinin artması ölkəmizdə dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır. Bu, həm işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir, digər tərəfdən dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir. Yüksək neft qiymətləri xarici valyuta ehtiyatlarımızın artması baxımdan da əhəmiyyətlidir.

"Əməkhaqqı və pensiyaların mütəmadi artırılması sosial siyasətin əsas prioritetlərindədir. Gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq. Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır", - deyə ekspert qeyd edib.

Milli.Az


Etiketlər:  Neftin qiymətinin artması pensiya ödənişlərinə necə təsir edəcək Açıqlama


RƏYLƏR