Tarix: 30 Oktyabr 2019 10:52
"Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin mətbuatına açıqlama verib.
Qol.az xəbər verir ki, Bolqarıstan millisinin son toplanışına dəvət alan 26 yaşlı futbolçu əvvəlcə zədəsi ilə bağlı danışıb:
"Zədəmin ciddi olması ilə bağlı məlumatlar doğru deyil. Ötən cümə günü kiçik bir zədə almışdım. Artıq kollektivlə birlikdə məq edirəm. Tam sağalmışam".
Bolqarıstan millisinin uğursuz nəticələrinə də toxunan Slavçev tezliklə "qara zolaq"dan çıxacaqlarına inandığını bildirib: "Baş məşqçi Georgi Dermendziyevin zəngindən şadam. Yığmanın məşqçilər korpusu da vəziyyətimdən xəbərdardır. Ötənilki uğursuz nəticələri sığortalamalı və azarkeşlərin könlünü almalıyıq. İnanıram ki, tezliklə başımızı yuxarı qaldırıb qələbəsiz oyunlar seriyasına son qoyacağıq".
Qeyd edək ki, noyabrın 14-də Paraqvayla yoldaşlıq görüşü keçirəcək Bolqarıstan yığması bundan 3 gün sonra Avro-2020-nin seçmə mərhələsində Çexiya ilə qarşılaşacaq. Hər iki oyun Sofiyada olacaq.