Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həbs edildiyi deyilən Surovikinə yeni vəzifə verildi

Həbs edildiyi deyilən Surovikinə yeni vəzifə verildi

Tarix: 11 Sentyabr 2023 21:52

Rusiya Aerokosmik Qüvvələrinin keçmiş komandanı Sergey Surovikin MDB-nin hava hücumundan müdafiə məsələləri üzrə əlaqələndirmə komitəsinin sədri təyin edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə MDB Müdafiə Nazirləri Şurası məlumat yayıb.

Məlumata görə, onun namizədliyi yekdilliklə təsdiq edilib.

Qeyd edək ki, general Sergey Surovikinin Rusiya Aerokosmik Qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırıldığı, hətta həbs olunduğu barədə məlumat yayılmışdı. Buna səbəb isə onun "Vaqner" rəhbəri Yevgeni Priqojinin qiyamından xəbərdar olması olub.

Bir müddət öncə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Zavarzin generalın MDB-də yaxşı mövqeyə keçdiyini bildirmişdi.

Milli.Az


Etiketlər:  Həbs edildiyi deyilən Surovikinə yeni vəzifə verildi


RƏYLƏR