Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şahruddin Qurbanov haqda bunları yazdı - FOTO

Şahruddin Qurbanov haqda bunları yazdı - FOTO

Tarix: 13 Sentyabr 2023 13:14

Türkiyənin "Adana Demirspor" klubuna transfer olunan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev instaqram hesabında paylaşım edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, paylaşımda Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanova təşəkkürünü çatdırıb.

Ş.Məhəmmədəliyev təcrübəli məşqçiyə bunları yazıb: "Mənə qarşı xoş münasibətinizi və əvəzsiz əməyinizi ifadə etməyə söz tapa bilmirəm. Hər şey üçün çox sağ olun, hoca. Allah sizdən razı olsun".

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev bu gün yeni klubunun düşərgəsinə qoşulacaq.

Milli.Az


Etiketlər:  Şahruddin Qurbanov haqda bunları yazdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ